Əlaqə Arxiv
news Image
2018.01.08
10:45
| A A A
"Golden Globe" mükafatı: ən yaxşılar seçildilər - FOTO

ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Golden Globe Awards" mükafatlarının təqdimat mərasimi keçirlib.

Movqe.az  bildirir ki, "The Beverly Hilton" otelindəki mərasim NBC telekanalında birbaşa translyasiya olunub.

Ötənilki mərasimdə NBC telekanalının məşhur siması Cimmi Fellon aparıcı olmuşdusa, builki mərasim 44 yaşlı Set Mayersə həvalə olunmuşdu.

Başlıca mövzu Hollivudda cinsi təcavüzlər olub. Təcavüz qurbanları ilə həmrəylik nişanəsi olaraq mərasimə qatılmış qonaqların və nominantların tam əksəriyyəti qara geyinmişdilər.

Almaniyada yaşayan türk rejissor Fatih Akının "İn the Fade" filmi "Əcnəbi dildə ən yaxşı film" seçilib.

Britaniyalı rejissor Martin Makdon isə mərasimin triumfatoru olub. Onun "Three Billboards Outside Ebbing, Missouri" bir neçə nominasiyanın qalibi sayılıb.

Nüfuz baxımından yalnız "Oscar"dan geri qalan "Golden Globe" mükafatı hər il 25 nominasiyada təqdim olunur.

Mükafat mərmər pyedestaldakı Yer Kürəsidir. Qızılı kürəyə kinolent dolanıb.

Mükafatın ilk təqdimat mərasimi 1945-ci ildə keçirilib.

75-ci "Golden Globe Awards"dakı nominasiyaları və qaliblərin siyahısını təqdim edirik:

"Drama janrında ən yaxşı film" - "Three Billboards Outside Ebbing, Missouri"

"Musiqi və ya komediya janrında ən yaxşı film" - "Lady Bird"

"Drama janrında filmdə ən yaxşı aktrisa" - Frances McDormand ("Three Billboards Outside Ebbing, Missouri")

"Drama janrında filmdə ən yaxşı aktyor" - Qari Oldman ("Darkest Hour")

 

"Musiqi və komediya janrında filmdə ən yaxşı aktrisa" - Saors Ronan ("Lady Bird")

"Musiqi və komediya janrında filmdə ən yaxşı aktyor" - Ceyms Franko ("The Disaster Artist")

"Ən yaxşı rejissor" - Gilyermo Del Torro ("The Shape of Water")

"İkinci planda ən yaxşı aktrisa" - Ellison Cenni ("I, Tonya")

"İkinci planda ən yaxşı aktyor"  - Sem Rokuell ("Three Billboards Outside Ebbing, Missouri")

"Ən yaxşı oyun" - "The Shape of Water"

"Ən yaxşı teleserial" - "The Handmaid's Tale"

"Ən yaxşı film mahnısı" - "This Is Me"  ("The Greatest Showman")

"Ən yaxşı ssenari" - "Three Billboards Outside Ebbing, Missouri"

"Əcnəbi dildə ən yaxşı film" - "In the Fade"

"Ən yaxşı animasiya filmi" - "Coco"

milli.az

Sizin Reklam Yeriniz