Əlaqə Arxiv
news Image
2018.01.08
16:25
| A A A
Dado: "Ailə söhbətlərində mən olmayacam"

Müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Səid Əliyev (Dado) bu dəfə barışma xəbəri ilə gündəmə gəlib.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, barışma xəbərlərini Natavan açıqlamışdı.

Bu dəfə Dado "Xəzər maqazin"ə açıqlamasında münasibətlərindən danışıb. Reper haqlarında deyilən "Evlilik də, barışıq da reklam üçün idi" sözlərinə cavab verib:

 

"İlk gündən Natavana demişəm ki, belə söhbətlərdə yoxam. Ailə söhbətlərində mən olmayacam. Mənim ağzımdan heç yerdə nəsə eşidə bilməzsiniz. Tamaşaçılara həyatımızı çox təqdim etməyəcəyik. 

Evliliyi kim üçünsə yox, özümüz üçün etmişik. Bizim fikrimiz ciddidir. İndi elə vəziyyətdəyik ki, gələn elə yapışır, bu sualları verir. Düzgün bizim ağzımızdan eşitdiklərinizdir. başqa sözlərə inanmayın".

 

Sizin Reklam Yeriniz