Əlaqə Arxiv
news Image
2018.01.10
12:12
| A A A
Azərbaycanın tanınmış aktyoru ölüm ayağında

Tanınmış aktyor Fikrət Məmmədovun səhhətində ciddi problem yaranıb.

Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, Hepatit C virusuna yoluxan aktyor bir müddətdir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən Məmmədov lazımi dərmanları ala bilmir. Həmkarlarının bildirdiyinə görə, bir müddət də belə davam edərsə, onu itirə bilərik. 

Qeyd edək ki, Fikrət Məmmədov 1977-94-cü illər ərzində "Cin mikrorayonda", "İşarəni dənizdən gözləyin", "Qara Volqa", "Sahilsiz gecə", "Şir evdən getdi, "Yaramaz" və bu kimi qırxa yaxın filmə çəkilib. 2002-ci ildə avtomobil qəzasına düşən aktyorun nitqində problem yaranıb. 

Onun ən yaddaqalan rolu isə Ceyhun Mirzəyevin çəkdiyi "Fəryad" filmindəki erməni obrazıdır. 

Sizin Reklam Yeriniz