Əlaqə Arxiv
news Image
2013.03.18
18:47
| A A A
Xeyriyyə üçün saçlarını dibdən kəsdi

Özü kimi müğənni olan Miley Sayrus və Kris Brouna verdiyi mahnılarından sonra şöhrətini artıran Cessi C, xeyriyyə işi üçün saçlarını tamamilə dibdən kəsib. İngilis qəzetlərindən "The Time"ın saytında yer alan xəbərə görə, Cessie C, "Comic Relief" adlı ingilis xeyriyyə təşkilatı tərəfindən 2 ildə bir təşkil edilən və televizordan canlı yayımlanan "Red Nose Day / Qırmızı Burun Günü" adlı yardım kampaniyasına dəstək üçün saçlarını fəda edib. Saçları kəsildikdən sonra bunun çox qəribə bir duyğu olduğunu söyləyən müğənni, sonra canlı yayına yeni görünüşü ilə daxil olu və salondan böyük bir alqış səsləri eşidilib. Həm yazıçılıq, həm müğənnilik edən Cessi C, sosial şəbəkə "Twitter" vasitəsilə də mövzuyla bağlı şərh edərək, 'Red Nose'un bir parçası olmaqdan qürur duyuram, çox xoşbəxtəm"deyib.

Sizin Reklam Yeriniz