Əlaqə Arxiv
news Image
2018.01.15
16:45
| A A A
Namiq yenidən əməliyyat olunacaq

Bir ay əvvəl ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib.

O bildirib ki, bu gün ayağındakı gips açılıb:

 

"Mənim üçün nigaran qalıb "Ayağın necə oldu?" sualını verən insanlara məlumat verməyi özümə borc bildim. Bu gün əməliyyatdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasındadır. Həkimlərin məsləhəti ilə ayağımdakı gipsi açdıq. Bununla da vəziyyətim bir az da yüngülləşdi. O biri yaraların da sağalmasına bir az zaman lazımdır. 

İçəridə "şurup"larla bağlanan titanı isə 1 il yarımdan sonra əməliyyatla xaric edəcəklər. Ayağa qalxıb yavaş-yavaş yerimək üçün hələ 3-4 həftə var. Sizin dualarınız və Allahın mənə verdiyi səbr, güc sayəsində 1 ayı geridə qoydum. Qayğıma qalan insanlara təşəkkür edirəm. Allahın verdiyi hər ana təşəkkür".

Sizin Reklam Yeriniz