news Image
2013.03.19
15:31
| A A A
Həbs cəzasından xilas oldu

ABŞ-lı məşhur ulduz Lindsey Lohanın məhkəməsi nəticələnib. Movqe.Az-ın məlumatına görə məlumatına görə, Lohan, 6 aylıq həbs cəzası yerinə 90 gününü reabilitasiya mərkəzində keçirəcək. Lindsey Lohan, Los Ancelesdə son dəfə hakim qarşısına çıxıb. Məhkəmə salonuna bir saat gec gələn Lohana hakim avtomobil sürməməsini tövsiyə edib. 26 yaşlı aktrisa, avtomobil qəzasından və bir mağazada oğurluq etməkdən altı ay həbs cəzasıyla təqsirləndirilirdi. İddia, Lohanın 90 gün reabilitasiya mərkəzində keçirməsi, 18 ay psixoloji müalicə və 30 günlük ictimai xidməti qərarı ilə sona çatıb. Başını tez-tez dərdə salan Lohan, Nyu Yorkda əylənmək üçün getdiyi gecə klubunda bir qadına hücum etdiyi üçün də məhkəməyə çıxacaq. Ancaq Lohanın vəkilləri son çıxan qərardan sonra iddianın aradan qalxacağına inanırlar.