news Image
2013.03.27
15:36
| A A A
Timberleykin yeni albomu artıq satışda!
Movqe.az xəbər verir ki, Amerikalı müğənni aktyor Castin Timberleykin 6 il fasilədən sonra çıxardığı 'The 20/20 Experience" albomunun satışı 1 milyona çatıb. Nielsen SoundScan etdiyi şərhdə, 31 yaşlı Timberleykin üçüncü albomunun satışa çıxdığı ilk həftəsində 968 min satdığını bildirib. Timberleyk, son albomu üçün iyun ayından bu yana fəaliyyətdədir. Müğənni son dəfə "FutureSex / LoveSounds" albomunu 2006-cı ildə satışa çıxarmış 2007-ci ildə "Grammy" mükafatına layiq görülmüşdü.