news Image
2013.03.29
17:47
| A A A
Rihannanın dünya turu üçün tələbləri

Məşhur müğənni Rihanna çıxdığı dünya turunda hər ölkəyə konsertdən əvvəl 3 səhifəlik bir istək siyahısı göndərir. Movqe.Az-ın məlumatına görə, siyahıda maraqlı olan nəqliyyat hissəsində sürücü meyarlarıdır. Sürücünün yaşı  25-dən aşağı olmamalı, ciddi geyimli, peşəkar, əvvəllər də hansısa bir tanınmış adama xidmət edən, sığortalı biri olmalıdır. Ən əsası da yüksək səviyyədə ingiliscə danışa bilməlidir. Bunlardan əlavə, Rihannanın istəkləri arasına özünün idarə edəcəyi 2 qara şüşəli və 4 adamın rahatca otura biləcəyi (6 nəfərlik) cip də daxildir.