Əlaqə Arxiv
news Image
2013.04.01
16:40
| A A A
İstəkləri konserti ləğv etdirdi
Müğənni Cennifer Lopezin həddindən artıq kulis istəkləri konsert razılaşmasını ləğv etdirib. Movqe.Az-ın məlumatına görə, məşhur müğənni Cennifer Lopez, Hindistanda təşkil edilən kriket liqasının açılışında mahnı oxuma fürsətini əlindən qaçırıb. "Daily Mail"in xəbərində bildirilir ki, Lopez, səhnəyə çıxmaq üçün xüsusi bir təyyarə, yoldaşları və qrupunun otel xərclərinin ödənilməsini istəyib. Təşkilatçılar isə Lopezin istəklərini qəbul etməyərək Pitbullla razılaşıblar. Lopez, konsert verməyi qəbul etsəydi 60 milyon tamaşaçı ilə görüşəcəkdi. Müğənninin mətbuat katibi isə iddiaları qəbul etməyərək, Lopezin proqramının o tarixdə dolu olduğunu söyləyib. Lakin Lopez bu hadisədən əvvəl verdiyi müsahibsində, dəlisov istəklərinin olmadığını, özünü "rahat hiss etdirən" bəzi şeyləri kulisində görmək istədiyini bildirmişdi.
Sizin Reklam Yeriniz