Əlaqə Arxiv
news Image
2018.03.16
12:36
| A A A
Gənc aktrisa ən reytinqli seriala daxil oldu

Gənc aktrisa Büşra Cebe ATV kanalının ən reytinqli serialı olan “Eşkıya dünyaya hükümdar olmaz”a daxil olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa ekran işində şəxsiyyəti bilinməyən agent qadın obrazını canlandıracaq. Büşra seriala daxil olduğu üçün çox xoşbəxt olduğunu deyib:

“Mükəmməl bir heyətlə işləmək imkanı qazanmışam. İnanılmaz xoşbəxtəm. Siz lazım olan hər şeyi etsəniz, uğur mütləq yolunuza açılan qapı olacaq”.

Qeyd edək ki, “Eşkıya dünyaya hükümdar olmaz” serialının rejissoru Onur Tan, prodüseri Raci Şaşmazdır. 

Sizin Reklam Yeriniz