Əlaqə Arxiv
news Image
2018.03.16
15:56
| A A A
İnstaqramda şərhlərdən "qorxan" məşhurlar

Bir müddətdir ki, İnstaqramda şərhləri bağlama funksiyası fəaliyyətə başlayıb. Bu funksiyadan ən çox istifadə edənlər isə şou-biznes nümayəndələridir.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, məşhurların paylaşımlarına yüzlərlə təhqir yazılır. Onlar da bunların qarşısını almaq üçün tək çarə şərh bölməsini bağlamaqda görürlər.

İnstaqramda şərhləri bağlayan məşhurlar kimlərdir?

Əməkdar artist Röya Ayxan yazılan təhqirlərə ən çox reaksiya verən müğənnidir. O, bir dəfə onu təhiqr edən izləyicisini tapıb, cəzalandırmışdı. İndi isə sənətçi paylaşımlarının əksəriyyətində şərhləri bağlı saxlayır. O, yalnız mahnılar paylaşanda şərh bölməsini açıq qoyur.
 

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə qəribə fotolar paylaşan tanınmışlardandır. Bəzən açıq-saçıq foto yayımlayan, bəzən isə varını-dövlətini nümayiş etdirən sənətçiyə yüzlərlə tənqid yazılır. Hər dəfə də Rəqsanə yazılan tənqidlərdən sonra şərh hissəsini bağlayır. 



Müğənni Ayan Babakişiyeva da bir çox paylaşımında şərh hissəsini bağlayıb. Sənətçi daha çox öz fotolarında bunu edir.

Müğənni Elnur Məmmədov da son vaxtlar bütün paylaşımlarındakı şərh hissəsini bağlı saxlayır. Ötən ildən bu yana demək olar ki, Elnurun heç bir paylaşımına izləyiciləri rəy yaza bilmir.
 

Müğənni Günay İbrahimli çox nadir hallarda paylaşımlarında şərh hissəsini bağlayır. Məsələn, bu yaxınlarda Günay avtomobili ilə foto paylaşmış və şərh  yazmaq funksiyasını bağlamışdı. Amma Günay ona yazılan tənqidi şərhləri də silməyi unutmur.
 

Aktyor Elşən Orucovun da son vaxtlar paylaşımlarına şərh yazılmasına icazə verməməsi diqqət çəkib. Ən çox da yeni evlənən aktyor toy şəkillərində şərh hissəsini bağlayıb. 

Müğənni Gülay Zeynallı İnstaqram səhifəsini bağlı saxlayır, hətta yalnız xanım pərəstişkarlarını qəbul edir. Amma buna baxmayaraq Gülay 252 min izləyicisi olan səhifəsində bir çox paylaşımlarında şərh hissəsini bağlı saxlayır. 

Müğənni Şəbnəm Əsədova da bəzi hallarda paylaşımlarındakı şərh hissəsini bağlayır. Şəbnəm daha çox şəxsi həyatı ilə bağlı paylaşımlar edəndə bu addımı atır. 

Müğənni Natavan Həbibi də şərh bağlama funksiyasından istifadə edənlərdəndir. Amma sənətçi çox nadir hallarda bu addımı atır.

İnstaqramda heç vaxt şərh bölməsini bağlamayanlar da var. Onlardan biri də xalq artisti Aygün Kazımovadır. Müğənni hətta yazılan təhqirləri də silmir. 

Müğənnilər Elvin Abdullayev, Kərim Abbasov, Sevda Yahyayeva, Aysel Əlizadə, xalq artisti Məleykə Əsədova, aparıcılar Afaq Gəncəli, Zaur və Günay Baxşəliyevalar şərh bölməsini bağlamırlar.

Sizin Reklam Yeriniz