news Image
2013.04.02
16:05
| A A A
Elza Seyidcahan : "Bəstəmin birini əlli min avroya satmaq istəyirəm"

Müğənni Axşam.az saytına açıqlamasında Türkiyə şou-biznesi ilə işbirliyinə başlayacağını deyib:


"Mənə türk müğənniləri tərəfindən tez-tez zənglər gəlir. Onlar bəstələrimi ifa etmək istəyirlər. Qiymət deyəndə isə etiraz edirlər. Bəstəmin birini əlli min avroya satmaq istəyirəm. Qoy deməsinlər ki, Azərbaycanda ucuz bəstəkar var. Hazırda onlar da mahnıya çox pul vermirlər. Mən əlli min deyəndə etiraz edib ən çox beş min verə biləcəklərini bildirirlər. Belə olan halda isə mahnını hədiyyə edirəm. Bu yaxınlarda məşhur müğənnidən zəng gəlmişdi. Dedi ki, beş min avro verim, filan bəstəni mənə satın. Məbləği eşitdikdə əsəbiləşdim və dedim sizə bu mahnını hədiyyə edirəm. 


Mənim "Tənha" mahnım İspaniyada çox məşhurdur. "Həsrət nəğməsi" Türkiyədə dillər əzbəri olub. Buna görə də özümə, sənətimə dəyər verirəm".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs