news Image
2013.04.02
17:57
| A A A
Şou-biznes haqqında ayrıca qanunun qəbulu yenidən gündəmə gəldi
Nizami Cəfərov : «Xüsusi qanuna ehtiyac olmasa da, müəyyən müzakirələr olmalıdır» Tofiq Hüseynov: «Incəsənətə qanunlar lazım deyil»

Şou-biznesin bugünkü durumu ciddi narahatlıq predmeti olaraq qalmaqda davam edir. Danılmaz həqiqətdir ki, indi oxunan bir çox mahnılar mətnlərindən tutmuş, bəstəsinə qədər çox aşağı səviyyədədir. Əksər ifaçıların səhnə mədəniyyəti, oxu tərzləri də ürəkaçan deyil. Çünki onlar bu gün bazar tələbləri ilə işləyirlər. Ekspertlər hesab edir ki, şou-biznesə gələnlərin əksəriyyəti, xüsusilə də gənclər bu sahəyə gəlir mənbəyi kimi baxır. Hazırda şou-biznesdə Azərbaycan mədəniyyətinin inkişafı yolunda işlər, layihələr demək olar ki, aparılmır. Vəziyyətdən çıxış yolu olaraq isə bu sahədə ayrıca qanunun qəbulu zəruri sayılır.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov şou- biznesin xüsusi qanunla tənzimlənməsinə dair Mövqe.az-a açıqlamasında qeyd edib: " Belə bir qanuna bu gün ehtiyac yoxdur. 6-7 il bundan əvvəl biz belə bir qanunun hazırlanmasını düşünürdük. O zaman vəziyyət daha gərgin və mürəkkəb idi. Amma indi tədricən həyat özü bu məsələni qaydaya salır. Ölkədə aparılan mədəniyyət işləri, tədbirləri, dünyaya inteqrasiya olunduqca, klassik musiqi, sənət geniş təbliğ olunduqca şou-biznesdə də təmkinlilik əmələ gəlir. Xüsusi qanuna ehtiyac olmasa da, müəyyən müzakirələr olmalıdır. Şit hərəkətlərin, dedi-qodunun son həddə çatmasının, maliyyə problemləri üstündə düşən dava-dalaşların qarşısı alınmalıdır.

Qadağalara ehtiyac olmasa da, ictimai müzakirələrə ehtiyac var. Amma cəmiyyətdə müəyyən qadağalar var ki, qanunla tənzimlənir. Məsələn, maliyyə fırıldağı və yaxud təhqir varsa, onun qanuni yollarla qarşısı alınmalıdır. Mədəniyyət haqqında keçən il qanun qəbul etmişdik. O qanuna da biz şou-bizneslə bağlı maddə əlavə etmişdik. Şou-biznes subyektlərinin hüquqları, səlahiyyətləri bunlar hamısı həmin qanunda müəyyənləşir".

"Şou-biznesin bugünkü durumunu qənaətbəxş hesab etmək olarmı? " sualına N.Cəfərov belə cavab verdi: " Şou-biznesin heç vaxt, heç bir gününü qənaətbəxş hesab etmək olmaz. Bu, şou biznesin təbiətindən irəli gəlir. Amma nə etmək olar ki, camaat bu cür şou-biznesi xoşlayır və bəyənir".


Əməkdar artist Tofiq Hüseynov da şou-biznesin qanunlarla idarə olunmasının əleyhinə çıxır: "Incəsənətə qanunlar lazım deyil". "Bugünkü şou-biznesi incəsənət adlandırırsızmı?" sualına isə Tofiq Hüseyn belə cavab verib:" Şərqdə və Azərbaycanda incəsənəti ancaq belə başa düşürlər. Yəni yeyib-içəndən sonra musiqi, rəqs, deyib-gülmək və s. kimi...Zövqlər müxtəlifdir və bu sahədə mübahisə etmək olmaz. Əgər bu gün şou-biznes fəaliyyət göstərirsə, deməli, tələbat var və yüksəkdir. Bir də bəziləri şou-biznes deyəndə toyları nəzərdə tutur. O halda vəziyyətin çox pis olduğunu deyə bilərəm. Azərbaycanda çox vaxt lağ edib, ələ salırlar ki, filankəs özünə ulduz deyir. Bir adam ki, toya 5 saatı 10000 manata gedirsə, əlbəttə ki, o ulduzdur. Amma "Bakı ulduzu" ...

Əfruzə AĞAYEVA



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs