Əlaqə Arxiv
news Image
2013.04.03
15:49
| A A A
Brilliant Dadaşova onu xəstəliyə yoluxduranların adlarını çəkdi

Aktiv "Facebook" istifadəçisi olan və artıq onun xəstəsinə çevrildiyini özü də etiraf edən xalq artisti Brilliant Dadaşova onu bu xəstəliyə yoluxdurandan danışıb. Mövqe.az-ın məlumatına görə, müğənni TMB kanalında yayımlanan "Brilliantla Pırlantalı geceler" proqramının dünənki buraxılışında səbəbkarların adlarını açıqlayıb:


"Facebook"da profil açmağın vacibliyini mənə ilk dəfə Mustafa Tahir (Türkiyəli sənətçi) söylədi. Bir gün mənə zəng edib dedi ki, sənin profilində xoşagəlməz şəkillər paylaşırlar. Mən də təəccübləndim, çünki mənim o zamanlar profilim yox idi. Sonradan öyrəndim ki, mənim adımdan xeyli saxta profillər açıblar.


Mustafa təkid etdi ki, bundan sonra "Facebook"da özünə profil açmalısan ki, saxtalardan qorunasan. Beləliklə Əlixan Səmədov mənə profil açdı və ondan necə istifadə edəcəyimi öyrətdi. "


Brilliant Dadaşova bu minvalla "Facebook" xəstəsinə çevrilib.

Sizin Reklam Yeriniz