Əlaqə Arxiv
news Image
2013.04.03
15:45
| A A A
Ancelina Coli Əfqanıstanda məktəb açdırıb
Movqe.az xəbər verir ki, ABŞ-lı məşhur aktrisa Ancelina Coli, Əfqanıstanda qız uşaqları üçün ibtidai məktəb tikdirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Xoş Məramlı Səfir Ancelina Colinin paytaxt Kabil yaxınlığındakı Tanq kəndində açdırdığı ibtidai məktəbdə təxminən 300 qız şagird təhsil alacaq. "E! News" internet saytının xəbərinə görə; aktrisa kəndi çox sayda qaçqının yaşadığı üçün seçib. Yaxın gələcəkdə başqa ölkələrdə məktəblər açdırmaq  istədiyinə işarə edən Coli Əfqanıstandakı məktəbin bu baxımdan bir ilk olduğunu söyləyib. Coli məktəblər üçün lazımlı pulu özünün hazırladığı cəvahiratlardan ibarət olan "Style of Jolie" kolleksiyasının satışından qarşılayacaq. Oskar mükafatlı aktrisa, "Ləl-cəvahirat hazırlamağın verdiyi incəsənət həzzi bir yana qalsın, əldə edilən pulun ehtiyacı olan uşaqların təhsili üçün xərclənəcəyini bilmək, çox böyük bir qürurdur" deyib. Vyetnam, Kamboca Efiopyadan 3 uşağı övladlığa götürən Coolinin Bred Pitlə olan münasibətindən də 3 uşağı var.
Sizin Reklam Yeriniz