Əlaqə Arxiv
news Image
2013.04.03
16:07
| A A A
Kökəldiyi üçün tərk edildi

Hollivud mətbuatında, musiqiçi Con Mayerin məşhur pop müğənni Keti Perrini kökəldiyi üçün tərk etdiyi dedi-qodusu yayılıb. Movqe.Az-ın məlumatına görə, əvvəllər də bir çox məşhur adla münasibət quran və qısa müddətli əlaqələri ilə gündəmdən düşməyən eşqbaz musiqiçi Cohn Mayer, bir müddətdir müğənni Keti Perri ilə birlikdə olub. Cütlüyün münasibətlərinin ciddi davam etdiyi xəbərləri yayılarkən, qısa bir müddət əvvəl onların ayrıldığı xəbəri eşidilib. Ayrılıq səbəbi ilə bağlı ortaya atılan iddialara ABŞ-ın həftəlik dedi-qodu jurnalı "Sun" son nöqtəni qoyub. Jurnalın yazdığına görə, Mayer Perrini kökəldiyi üçün tərk edib. Üstəlik gözəl müğənnini bir neçə artıq kilosu üçün davamlı sərt tənqidlər edərək çətin anlar yaşadıb.

Sizin Reklam Yeriniz