Əlaqə Arxiv
news Image
2013.04.03
17:20
| A A A
Kluba girməsi qadağan olundu
Pop ulduzu Castin Bieber, Avropanın ən məşhur klublarından birində hadisə çıxartdığı zaman kluba girişi qadağan edilib. Movqe.Az-ın məlumatına görə, məşhur pop ulduz Castin Bieber, dünya turu daxilində konsert vermək üçün getdiyi Avstriyanın Vyana şəhərində bir qalmaqala imza atıb. Qrupuyla birlikdə getdiyi "Passage" adlu klubda pərəstişkarları tərəfindən böyük maraqla qarşılaşan Bieber, gənc qızların cib telefonlarıyla onun fotoşəkillərini çəkməsi üzərinə qorumalarından telefonları yığmasını istəyib hər birini yerə ataraq parçalayıb. Bieberin telefonları parçaladıqdan sonra bəzi pərəstişkarlarının ciblərini axtardığı da iddia edilib. 19 yaşındakı müğənni hadisədən sonra qrupuyla birlikdə klubdan çıxan zaman "Passage" idarəçisi Coaçim Bankel məşhur ulduzun bundan sonra bu kluba girməsinin mümkün olmadığını Bieberin "qadağa olunanlar" siyahısına alındığını açıqlayıb. Məşhur müğənni əvvəlki günlərdə evcil meymununu gizlicə Münihə aparmağa çalışarkən gömrük vəzifəlilərin tutulmasıyla gündəmə gəlmişdi.
Sizin Reklam Yeriniz