news Image
2018.04.17
16:11
| A A A
Fəxrəddin Manafov: "Səhhətimlə bağlı məsələləri şişirtməyə ehtiyac yoxdur"

Xalq artisti Fəxrəddin Manafov Almaniyadan Bakıya qayıdıb.

Movqe.az xəbər verir ki, bu barədə APA-ya aktyor özü məlumat verib.

O bildirib ki, Almaniyaya onurğasında olan problemə görə gedib: "Həkimlər müayinə etdilər, müalicə aldım. Mənim sağlamlığımla bağlı məsələləri bu qədər şişirtməyə, böyütməyə ehtiyac yoxdur. Artıq Bakıdayam, hər şey qaydasındadır".