Əlaqə Arxiv
news Image
2013.04.04
16:45
| A A A
Paparazziləri döydü
Nişanlısı Olivier Martinez qızı Nahla ilə Havayi adalarına tətil üçün gedən Halle Berrinin tətili çox pis bitib. "Kəsişən Yollar" filmindəki performansına görə "Oscar" alan gözəl aktrisanın nişanlısı Olivier Martinez, aktrisanın keçmiş ərindən sonra indi paparazzilərlə dalaşıb. Movqe.Az  ABŞ qəzetlərindən "Huffington Post"-un saytında iştirak edən xəbərə istinadən bildirir ki, hadisə cütlüyün Havayi tətilindən qayıdan zaman hava limanında baş verib. Hadisəni izləyənlər kameralardan narahat olan Martinezin müxbirlərdən birinin üzərinə getdiyini, təhqir etdiyini qıçından təpiklədiyini söyləyiblər. Hadisə, Martinez hava limanından çıxdıqdan sonra daha da qızışıb. Martinezin arxasından gələn fotoqraf hadisənin səbəbini soruşduğu zaman hövsələdən çıxan Martinez, Berri qızı Nahlanı avtomobilə mindirib hava limanına  geri dönərək yenidən dalaşıb. Hadisələr Berrinin müdaxilə etməsi Martinezi sakitləşdirməsi ilə sona çatıb.
Sizin Reklam Yeriniz