news Image
2013.04.08
16:44
| A A A
Murat Bozun ölüm xəbəri yayıldı

Sosial şəbəkə "Twitter"də virus yaymaq üçün yaydıqları "Murat Boz öldü" linki ortalığı qarışdırıb. Movqe.Az-ın xəbərinə görə, yaşanan bu çaxnaşmadan sonra Murat Boz "twitter" səhifəsindən sərt çıxış edib. Belə ki, "Görüşmədiyiniz, uzaq məsafədə olduğunuz vaxtlar olur ailənizlə. İşiniz var, gücünüz var. Bir ananın övladının ölüm xəbərini görməsi və onun yaşadığı ruhi çöküntünün günahını heç kim ödəyə bilməz. Məqsədiniz nə olursa olsun, bu saxta ölüm xəbərini yayanları Allaha tapşırıram. Mən həyatdayam, çox şükür. Aldanmayın, inanmayın və bu xəbərlə əlaqədar heç bir linkə daxil olmayın." şərhini yazıb.