Əlaqə Arxiv
news Image
2018.05.23
17:45
| A A A
“Onu məhkəməyə verib, 5 min manat ödətdirdim” - Rəqsanədən şok açıqlama

ARB-nin "Səhər-səhər" verilişində qonaq olan müğənni Rəqsanə İsmayılova küsülü həmkarı Əli Mirəliyevlə üz-üzə gəlib.

O, Mirəliyevlə keçmişdə aralarında baş verən qalmaqala aydınlıq gətirib.

Movqe.az yenicag.az-a istinadən xəbər verir ki, Rəqsanə 3 il əvvəl Ə.Mirəliyevi məhkəməyə verib, onun 5 min manat təzminat ödətdirdiyni deyib:

"O vaxt Əli müəllimin bağında bir veriliş çəkilmişdi, itini mənim adımla çağırdı. Reytinq xatirinə bunu etmişdilər. Mən Əli müəllimi məhkəməyə verdim, 5 min manat təzminat ödədi. Amma deyib-deyib də, o ağsaqqaldır, böyükdür. Mən həmişə böyüklərə hörmətlə yanaşmışam".

Sizin Reklam Yeriniz