Əlaqə Arxiv
news Image
2012.04.30
14:42
| A A A
“Klan-A-Plan” dağıldı – VİDEO
Qrup son klipini çəkdirib

Məşhur "Klan-A-Plan" rep qrupu son klipini hazırlayıb. Bu barədə Movqe.Az xəbər portalına qrupunun gənc prodüseri Cavid məlumat verib. Cavid bildirib ki, mahnının musiqisi "Klan-A-Plan"ın mərhum solisti Ryder bəstələyib. "Avtobaz" adlı mahnıya çəkilən klipin rejissoru və qrafika işləri Natiq Zeynalov, montaj işləri üzərində isə Virtual (ləqəbdir) çalışıb.

Cavid onu da qeyd etdi ki, "Klan-A-Plan" rep qrupunu iki solisti tərk edib. O, onlar solo fəaliyyəti üstün tutuduqlarını bildirib: "Bu klip "Klan-A-Plan"ın son klipidir. Çünki qrup artıq mövcud deyil. Ramil və Qurd "Klan-A-Plan" adından azad olaraq, solo fəaliyyəti üstün tutublar.Amma Boz bu adı öz üzərində daşıyacaq. Çünki bu ad az-çox tanınıb. İndiki vəziyyətə gəlməsində məhz Bozun rolu böyük olub", - gənc prodüser dedi.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz