news Image
2012.04.30
15:14
| A A A
Azərbaycanın musiqi qrupu Rusiya şou-biznesinə qatılır – FOTO – VİDEO
Qrup 10 il əvvəl ifa etdiyi mahnı ilə rusların diqqətini çəkib

Milli şou-biznesin 10 il əvvəl yaranan "Sevən Ürəklər" adlı qrupu Rusiya şou-biznesinə qatılmaq üzərədir. Bu barədə Movqe.Az xəbər portalına qrupun mətbuat katibi Aygül Rzayeva məlumat verib. A.Rzayeva bildirib ki, qrupun 10 il əvvəl ifa etdiyi "Bax-bax" adlı mahnıyla məşhur olub və həmin mahnı "Youtube" sosial şəbəkəyə yerləşdiriləndən sonra Rusiyanın məşhur prodüseri Vadim Raxbari təsadüf nəticəsində mahnıyla tanış olub. Bundan sonra qrupun bədii rəhbəri Nicat Zeynallı (Dr Nicat) ilə əlaqə saxlyan V.Raxbari mahnını rus dilində yazdırmağı təklif edib: ""Sevən ürəklər" qrupunun 10 il əvvəl oxuduğu "Bax-bax" xit mahnısını Rusiyanın məşhur prodüseri Vadim Raxbari təsadüfən "Youtube" sosial şəbəkəsində gördükdən sonra qrupun bədii rəhbəri Nicat Zeynallı ilə əlaqə saxlayıb və "Bax-bax" mahnısını rus dilində yazdırmağı təklif edib. Qrup üzvləri bu il qrupun 10 illik yubileyini nəzərə alıb, həmin mahnını yeni formatda tamaşaçılara təqdim ediblər. Ən maraqlı fakt isə odur ki, mahnının sözlərini Rusiyanın tanınmış şairi, "Zolotoy qramafon" mükafatçısı Yakov Kirsanov təmənnasız "Sevən ürəklər" qrupuna hədiyyə edib. Y.Kirsanov Rusiyanının məşhur müğənnisi Fillip Kirkorovun "Struni" mahnınsının müəllifidir. Demək olar ki, bu, qrup üçün dəyərli sürpriz oldu. Qrup prodüser V.Raxbari ilə yaxından əməkdaşlıq edir və Rusiya bazarına öz mahnılarını təqdim etməkdə israrlıdır", - A.Rzayev dedi.

Qrupun mətbuat katibi onu da qeyd etdi ki, "Bax-bax" klipi Türkiyənin "TMB" televiziyasında yayımlanmaq üzərindədir.

Məlumat üçün bildirək ki, klipin rejissoru Fuad İsmayılovdur və rejissor montaj işlərinin üzərində Dr Nicat ilə birgə çalşıb.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs