Əlaqə Arxiv
news Image
2013.04.11
13:23
| A A A
Sərdar Ortacla Zarina eyni səhnəni bölüşəcəklər

Türkiyənin məşhur müğənnisi Serdar Ortac Bakı konsertində səhnəni ifaçımız Zarina Məmmədova ilə bölüşəcək. Mövqe.az-ın məlumatına görə, sənətçilər 25 may tarixində paytaxtın Buta Balace səhnəsində çıxış edəcəklər.


40 dəqiqəlik konsert proqramı ilə çıxış edəcək Zarina Serdardan öncə tamaşaçıların qarşısına çıxacaq. Son bir ildə ifa sevilən mahnılarını səsləndirəcək Zarinanı rəqs qrupu müşayiət edəcək: "Sərdar gözəl ifaçıdır. Onunla bir səhnəni bölüşmək mənim yaradıcılığımda böyük bir təkan olacaq. Konsertə ciddi şəkildə hazırlaşıram. Allah qoysa, konsert uğurla baş tutar. Onu da deyim ki, bir çox sürprizlər də hazırlanır". 


Xatırladaq ki, Serdarın Bakı konsertinin təşkilatçısı "Səs organization"ın rəhbəri Nahid Emiloğludur. 22 nəfər işçi qrupu ilə Bakıya gələcək müğənnini türkiyəli DJ Uğur da müşayiət edəcək. 


Sizin Reklam Yeriniz