Əlaqə Arxiv
news Image
2018.07.09
12:23
| A A A
"Bundan sonra “zapret” qoyuram, adım hallanmasın"

Movqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri bildirib. Sənətçi maqazin proqramlarına qadağa qoyduğunu, efirlərə artıq çıxmayacağını söyləyib:

"Təzə dəb düşüb. Gündəmə gəlmək istəyən kiməsə söz atır. Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözü ümumi deyirəm, sahibi tutur və ad çəkmirəm. Əgər kimsə anında reaksiya verirsə, deməli, deyilənlər ünvanına çatıb.

 

İllərlə efir üzünə həsrət qalanlar kamera görən kimi özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağları bunlar yaradıb. Sözdə hamı özünü kosmonavt, ballerina görə bilər, xəstəxanalarda da o qədər Napaleon, Nefertiti var ki...".

Sizin Reklam Yeriniz