Əlaqə Arxiv
news Image
2018.07.14
22:44
| A A A
Gözlənilən toy baş tutdu: Emin model sevgilisi ilə evləndi

Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün, iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.

Movqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, toy mərasimi Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Müxtəlif ölkələrdən gələn məşhur şəxslər, eləcə də Eminin yaxınları və qohumları da malikanəyə toplaşıblar.
Toyda Valeri Meladze, Zara, Vadim Vernik, Katya Lel, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlova və digər ulduzlar iştirak edir. Mərasimdə aparıcı və müğənni qismində məşhur rusiyalı ifaçı Vladimir Kuzmin çıxış edir. Çünki o, cütlüyün kumiridir.
Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.
Ağalarov həm də Qriqori Leps və Sergey Kojevnikovla bir yerdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.
Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, Rüstəm Tariko və Eminlə sevgi münasibətləri il məşhurlaşıb.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda "Miss Mordoviya-2004" müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb. Hazırda həm də iş adamı kimi fəaliyyət göstərir, gözəllik salonun sahibəsidir.

Sizin Reklam Yeriniz