Əlaqə Arxiv
news Image
2018.07.17
19:39
| A A A
Məşhur verilişin bağlanması barədə məlumat yayıldı

Türkiyənin ən qalmaqallı maqazin proqramı olan "Duymayan Kalmasın"ın birdəfəlik yayımdan qaldırılması barədə məlumat yayılıb. İddia olunub ki, Türkiyə Televiziya və Radio Şurası (RTÜK) tərəfindən dəfələrlə cərimələnən veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb. 

Movqe.az "qafqazinfo"ya istinadən xəbər verir ki, mövzu ilə bağlı proqramın aparıcılarından olan Seren Serengil açıqlama yayıb. O, Star TV ilə yollarını ayırdıqlarını elan edib:

 

"İki ildir ki, reytinqdə birinciyik. Bu qədər reytinqi yüksək proqramın bağlanması barədə yayılan xəbərlər gülüncdür. Biz kanalla müqaviləmizi iki illik bağlamışdıq və bitdi. Sentyabr ayında başqa kanalda sizi salamlayacağıq". 

Sizin Reklam Yeriniz