Əlaqə Arxiv
news Image
2013.04.12
14:43
| A A A
Azərbaycanlı teleaparıcı ciddi evlilik təklifi ilə üz-üzə - FOTOSESSİYA
Bəzi şərtlər onu ürəkdən "hə" cavabı deməyə qoymur. Milli.Az-ın məlumatına görə Space TV-də yayımlanan "Plyus-Minus" maqazin verilişinin populyar siması Günel Hümbətova çox yaxın vaxtlardaərə gedə bilər.

Əməkdaşımızla söhbətində ciddi evlilik təklifi aldığını təsdiqləyən Günel ağ gəlinlik geyinməsi üçün bəzi maneələrin olduğunu da gizlətmədi: "Artıq neçə vaxtdır ciddi evlilik təklifi almışam.

Məni özünə həyat yoldaşı seçmək istəyən şəxsin adını açıqlamaq istəmirəm, çünki şou-biznesdən çox uzaq biridir. Lap dəqiqi iş adamıdır. Onun sevgi hissinə hörmətlə yanaşsam da, ürəkdən "hə" cavabını verə bilmirəm.

Səbəb irəli sürdüyü bəzi qadağalardır. O, mənim efirdən uzaqlaşmağımı istəyir. Karyeramın bu dönəmində sevdiyim sənətdən uzaq düşmək məni depressiyaya məruz qoyar.

Amma onu fikrindən döndərmək üçün cəhdlərimdən əl çəkmirəm. Ümidvaram məni başa düşəcək".

Söhbətimiz zamanı Günel bildirdi ki, başqa məşhurlardan fərqli olaraq ərə gedəcəyi təqdirdə toyunun mediada işıqlandırılmasına heç bir əngəl yaratmayacaq: "Qoy çoxları şahin olsun ki, mən, həqiqətən, ərə gedib, ailə quracağam.

Özüm də daxil olmaqla Allah-Təaladan bütün qızlarımıza xoşbəxt ailə həyatı arzulayıram".
Sizin Reklam Yeriniz