news Image
2013.04.12
15:40
| A A A
Murat Bozu müdafiə etdi
Cazibədar türk müğənni Hadisə, son "Visal" adlı mahnısının ilk konsertini verib. Movqe.Az-ın məlumatına görə, xüsusi bir repertuarla səhnəyə çıxan Hadisə, bu dəfə rəqqasları olmadan tək şou göstərib. Səhnəyə çıxmazdan əvvəl mətbuatın qarşısına çıxan Hadisə, ona verilən sualları cavablandırıb. Hadisə bu yaya olan tətil planları haqqında, "Özümü sevirəm. Çimərlik geyimimi geyinib günəş vannası qəbul etmək istəyirəm. Heç bir qorxum yoxdur. Çəkə bilsəniz çəkərsiniz məni. Bu sizin işinizdir" deyib. Müğənni həmçinin keçən il artıq çəkili bədəni ilə şou-biznes mətbuatının gündəminə gələn Murat Boza dəstək verərək "Muradın bədəni çox gözəldir. İctimai mediada fotoşəkillər paylaşıb, siz də görmüsüz. Xəbəri çox şişirtdiniz, məncə Murat dostumun. Yaraşıqlı bir uşaqdır" sözləri ilə yaxın dostunu müdafiə edib.