Əlaqə Arxiv
news Image
2018.07.20
16:38
| A A A
Zamiqdən maraqlı açıqlama: "Özümü bəzən biznesmen kimi təqdim edirəm"

Müğənni Zamiq Hüseynov "5/5" verilişinin qonağı olub. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb. Zamiq bildirib ki, xaricdə olanda heç vaxt müğənni olduğunu bildirmir:

"Ailə ilə başqa oteldə idik. Orada tanışlıqlar oldu. Mən də tez ünsiyyət quran insanam. Gün ərzində tezdən oyanıram, müxtəlif növ idmanla məşğul oluram, hərəsində də başqa-başqa insanlarla ünsiyyətdə olursan. "Zamiq, sən nə işlə məşğulsan" - deyə soruşulanda isə deyirəm ki, mən biznesmenəm. Yəni istəmirəm də. Bəzən istəyirsən ki, tam rahat olasan. Ona görə də səni tanımayan insanların sənə müğənni gözü ilə deyil, başqa sahənin adamı kimi baxmalarını istəyirsən".
Sizin Reklam Yeriniz