news Image
2013.04.12
17:05
| A A A
Başdan ayağa qədər təbii gözəllik - FOTOLAR

Qadın ulduzların hələ 25 yaşını keçmədən estetik klinikaların qapısını döydükləri Hollivudda bu qaydanı əli ilə itələyən Cessika Alba, başdan ayağa qədər təbii gözəlliyiylə yenə diqqətləri çəkib. Movqe.Az-ın məlumatına görə,  Bir müddətdir həyat yoldaşı və bir qrup dostları ilə birlikdə "St.Barts" adasında istirahət edən Alba, formada qalan bədəni və makiyaja heç ehtiyacı olmayan qüsursuz görünən üzü ilə 2013-cü ilin ən gözəl çimərlik məşhuru adını alıb. Tətildə olduğu müddət ərzində az qala saçını belə daramayan Alba, iki uşaq dünyaya gətirməsinə baxmayaraq gənclik illərindəki kimi fiziki görünüşüylə diqqət çəkib. Çimərlik geyimini rahatlıqla üzərində daşıyan Albanın bədəni əslində kökəlməyə meyillidir. Amma Cessika Alba, həftənin 5 günü məşq edir. Əvvəl 20 dəqiqə qaçır, sonra 30 dəqiqə velosiped sürür. Sonra isə 1 saata yaxın trenajorlardan istifadə edir. Bütün bunlar da Albanın formasını qorumasına kömək edir.