Əlaqə Arxiv
news Image
2012.04.30
18:06
| A A A
Con Kennedi ilə Merlin Monronun gizli yaşadıqları ev satışa çıxarılıb
Məşhur evin sahibi Frank Sinatra da olub

ABŞ-ın keçmiş prezidenti Con Kennedi (1963-cü ildə suiqəsd nəticəsində ölüb) ilə "Hollywood"un məşhur sarışın gözəli Merlin Monro ilə gizli görüşüb, eşq yaşadıqları ev satışa çıxarılıb. Movqe.Az xəbər portalının məlumatına görə, evin satış qiyməti 12 milyon dollardan başlayıb. Evli olan prezident C.Kennedi ilə M.Monronun 1960-cı illərin əvvəlində yaşadıqları ABŞ-ın Los Anceles şəhərində 44 kilometr uzaqlığdakı "Çatsvort"da tapılan məşhur ev, bir başqa məşhur müğənniyə aid olduğu məlum olub. Həmin məşhur müğənni Frank Sinatradır.

Qeyd edək ki, C.Kennedi ilə M.Monronun görüşmə yeri olan "9361 Farralone" prospektindəki məşhur ev, F.Sinatradan sonra bir neçə dəfə sahibini dəyişdirib. Evin 200 avtomobilin yerləşəcəyi böyüklükdə qarajı, hovuzu və mükəmməl mansarı var.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz