news Image
2012.04.30
17:48
| A A A
Faiq Ağayev oxuduğu 600 kitabın bir hissəsini məhbuslara hədiyyə edib
Xalq artistinə Ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi Mədət Quliyev dəstək olub


Öz intellektual səviyyəsinə görə bir çox müğənnidən üstün olan xalq artisti Faiq Ağayev xeyirxah təşəbbüs göstərərək, bu günə kimi oxuduğu 600-a qədər kitabı hədiyyə etmək qərarına gəlib. Movqe.Az xəbər portalının məlumatına görə, bununla əlaqədar xalq artisti "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" Qeyri Hökümət Təşkilatına müraciət edərək, bu işi birgə reallaşdırmağı təklifi edib. Bu xeyirxah işə dəstək verən adıçəkilən təşkilat xalq artistinin istəyini Ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi Mədət Quliyevə çatdırıb.

M.Quliyev də xalq artistinin bu addımını yüksək qiymətləndirərək, öz razılığını bildirib. Bu gün kitabları Penitensiar xidmətinə təhvil verən xalq artistiylə oradaca görüşüb, fikirlərini öyrəndik: "Təşkilatın icraçı direktoru Elçin Salmanovun vasitəsilə bu xeyirxahlığımın reallaşdırılmasına nail oldum. Hörmətli Mədət müəllim də bu məsələdə bizə yardımçı oldu. Bununla əlaqədar burdayam. Deyirlər ki, kitab qaldıqca yox, əldən ələ keçib oxunduqca xeyir gətirər. Buna görə də kitablarımı məmnuniyyətlə azadlıqdan məhrum olan insanlara hədiyyə gətirmişəm. Mən kimsəni məhbus olduğuna görə heç vaxt qınamaram. Həyat təcrübədir. Hamımızın səhvi olur. Elə insanlar da var ki, etdikləri ağır səhvlərdən dolayı cinayətə cəlb olunurlar. Bu, o demək deyil ki, o insanlar hər şeydən məhrum olmalıdırlar. Düşünürəm ki, onların düzgün həyata qayıtmalarına şərait yaratmaq üçün müəyyən köməklik göstərilməlidir. Mən ən azından oxuduğum kitabları onlara bəxş etməyimlə dünya görüşlərinin müəyyən dərəcə artmalarına, həyata baxışlarının müsbət yöndə dəyişmələrinə nail olmuş oluram. Bu təşəbbüsü davam etdirmək üçün hər kəsə, xüsusilə də, həmkarlarıma müraciət edirəm".

F.Ağayevə bu işdə yardım edən yuxarıda adıçəkilən təşkilatın icraçı direktoru Elçin Salmanov və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da öz növbələrində Faiq bəyin bu addımını dəstəkləyib, onun hədiyyə kitablarının məhbusların maariflənməsində müəyyən rol oynayacağını qeyd edərək, xalq artistinə təşəkkür ediblər.

Fuad Mədətov

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs