Əlaqə Arxiv
news Image
2013.04.15
15:08
| A A A
Validə Abbasova : "Adrianaya yüz milyon verirlər, bizə isə..."

"Miss Millenium" Validə Abbasova dünən şəhərimizin qonağı olan məşhur braziliyalı model Adriana Limadan danışıb.

Axşam.az saytının müxbirilə söhbətində Validə Abbasova bildirib ki, Adriana çox gözəl olsa da, bizim modellər heç də ondan geri qalmır:


"Sadəcə Adriana peşəkarların əlinə düşüb. Onun saçı, makiyajı, geyimi mütəxəssislərin məsləhəti ilə edilir. Bizdə isə modellərə o qədər dəyər verilmir. Hər hansı çəkiliş zamanı model özü saçını makiyaj etdirir, geyim tapır. Yerli modellərimiz öz hesabına idmana gedib, bədən quruluşunu formada saxlayırlar. Adriana isə məşhur agentliklərlə müqavilə imzalayıb. Onun idmanından tutmuş masajına kimi diqqətlə maraqlanırlar. Ona yüz min, milyon ödəyirlər, bizim qızlara isə 800 manat. İndi gözəl olmaq problem deyil, əsas odur ki, düzgün insanlarla çalışasan".


O deyib ki, Adriana kimi ulduzun Bakıya gəlməsi çox sevindiricidir: "Bakıda dünya podiumunun effekti hiss edildi".


Sizin Reklam Yeriniz