Əlaqə Arxiv
news Image
2018.08.14
11:34
| A A A
Anar Nağılbaz ikinci dəfə evlənibmiş - Nikah şəhadətnaməsi - FOTO

Xəstəlik səbəbilə həyatını itirən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri bir neçə ay öncə yerli mediada yayımlanmışdı. Lakin onun dəfnində ikinci xanımının iştirak etməməsi reperin evliliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.

Movqe.az axşam.az-a istinadən xəbər. verir ki, Nağılbazın anası Şərqiyyə Cəbiyevanın ikinci gəlini Aytən haqda açıqlamaları birmənalı qarşılanmamışdı. Sosial şəbəkə istifadəçiləri Cəbiyevanı yalan danışmaqda ittiham edərək, belə bir şəxsin olmaması barədə iddialar səsləndirmişdi.

Reperin nikah şəhadətnaməsi ortaya çıxıb. Belə ki, şəhadətnamədə Nağılbazın 25 yanvar 2018-ci il tarixində Aytən Həmidova ilə evləndiyi qeyd olunur.

 

Şərqiyyə Cəbiyevanın açıqlamalarına görə, Aytən xaricdədir və xərçəng xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, Anar Nağılbazın ilk evliliyi Anjelika Cəbiyeva ilə olub. Onlar qalmaqallı şəkildə boşanıb.

Sizin Reklam Yeriniz