news Image
2013.04.15
15:24
| A A A
Vətəndaşlar Castin Bieberə etiraz etdilər
Movqe.az xəbər verir ki, dünya şöhrətli gənc müğənni Castin Bieber nasistlərin qurbanı olan gənc yazıçı Anna Frankın saxlandığı evi ziyarət etdiyi üçün yəhudilərin qınağına tuş gəlib. Hazırda muzey olan evdə bir saat qalan Bieber, 15 yaşındaykən nasist düşərgəsində ölən Anna Frankın xatirə dəftərinə də ürək sözlərini yazıb. Lakin Bieberin yazdıqları yeni bir mübahisə yaradıb. Belə ki, məşhur pop ulduzu  "Bura gəlmək həqiqətən adama ilham verir. Anna əsrarəngiz bir qız idi. Yaşasaydı o da bir Belieber (Justin Bieberin pərəstişkarları üçün istifadə ifadə edilir) olacaqdı" ifadələrini istifadə söyləyib. Bu ifadələr Anna Frank Muzeyinin feysbuk səhifəsində etiraza səbəb olub. Sosial mediada da Biebera böyük etiraz olub. Tvitter istifadəçiləri gənc müğənniyə psixoloqa getməyi məsləhət görüb.