Əlaqə Arxiv
news Image
2018.08.20
13:34
| A A A
“Toppuş bacı”da yenidən bədxassəli şiş aşkarlanıb

Xərçəng xəstəliyinə tutulan əməkdar artist, "Toppuş bacı" obrazı ilə tanınan Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Movqe.az xəbər verir ki, bu barədə AzVision.az-a aktrisa özü məlumat verib. O bildirib ki, bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra limfa vəzilərindən birində yenidən bədxassəli şiş aşkarlanıb. 

“Ayağa doğru gedən limfa vəzilərindən birində şiş artıq metastaza çevrilib. Buna görə də ilk terapiyanı qəbul edəcəyəm. Vəziyyətimin necə olacağı gedişatdan asılı olacaq”. 

Qeyd edək ki, aktrisa bir müddət əvvəl uşaqlıq yolunda aşkarlanan bədxassəli şişə görə əməliyyat olunub.

Sizin Reklam Yeriniz