Əlaqə Arxiv
news Image
2018.08.24
12:55
| A A A
Məşhur serial bu səhnəyə görə məhkəməlik oldu

Türkiyədə "Star TV" ekranlarında yayımlanan məşhur serial "Fəzailət xanım və qızları" bir səhnəyə görə məhkəməlik olub.

Movqe.az xəbər verir ki, söhbət serialın 37-ci seriyasından gedir. Belə ki, qəbirstanlıqdan kadrlar alınan zaman, kiçik bir otaqda çəkilən səhnədə Moldoviyada yol qəzasında həlak olan "Tarabya Hayrola Cafe" ortaqlarından olan Ceyhun Başaran adlı şəxsin məzar daşı kadrlara düşüb. Bu isə onun ailəsinin , xüsusilə də qızının narazılığına səbəb olub.

İrəm Başran atasının məzar daşının serialda kadr olaraq istifadəsindən narahat olduğunu bildirərək vəkilinə müraciət edib. Vəkil isə serialın çəkildiyi "Avşar Film"i məhkəməyə verərək onlara vurulan mənəvi ziyanın qarşılığında 30 min türk lirəsi (8400 AZN) təzminat tələb edib.

 

Xatırladaq ki, mərhum Ceyhun Başaran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə sədri olduğu dövrlərdə onun şəxsi qoruması kimi çalışıb.(publika.az)

Sizin Reklam Yeriniz