Əlaqə Arxiv
news Image
2013.04.17
15:42
| A A A
Madonnaya Rusiyadan qadağa gəldi

Movqe.az "The Sun"a istinadən xəbər verir ki, Madonna "Pussy Riot" qrupunu dəstəklədiyi üçün ola bilsin ki, bir daha Rusiyaya səfər edə bilməsin. Buna səbəb isə superstarın Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin əleyhinə olan qrupu və eynicinsli evliliyi dəstəkləməsidir. Madonna ötən il iki dəfə Moskvada konsert verib. Lakin rəsmilər bildirib ki,  onun vizası pul qazanmaq üçün işləməsinə imkan verməyib. Bir deputat isə onu "qeyri-qanuni kommersiya fəaliyyətində" təqsirləndirib. Müğənni konsert zamanı Prezident Putinə etiraz edən və həbsə düşən iki "Pussy Riot" qrupunun üzvlərini dəstəkləmişdi. Konsertin təşkilatçısı isə 10.500 funt sterlinq pul cəzası almışdı.

Sizin Reklam Yeriniz