Əlaqə Arxiv
news Image
2013.04.17
17:21
| A A A
"Yaraşıqlı olmağımın qazancını görmədim"

2002-ci ildə "Best Model of Turkey" seçildikdən sonra seriallarda və filmlərdə oynayan, yalnız Türkiyədə deyil Yaxın Şərqdə də bir çox tanınmış firmalarla milyon dollarlıq reklam razılaşmaları edən Kıvanç Tatlıtuğ, "Yaraşıqlı deyirlər, amma əlavə bir qazancını görmədim" deyib. Movqe.Az-ın türk mediasına istinadən bildirdiyi xəbərə görə, "MAVİ Jeans"in marka üzü olan Kıvanç Tatlıtuğ, ötən gün üçüncü reklam çarının mətbuat konfransı üçün braziliyalı model Sara Sampaio və Fransisko Laçovski ilə jurnalistlərin qarşısına çıxıb. Ən son "Akbank"ın reklamı üçün 2 milyon TL (türk lirəsi) aldığı söylənilən Tatlıtuğ, tez-tez yaraşıqlı olması ilə əlaqədar sual verilməsindən narahat olduğunu bildirərək bunları söyləyib: "Yaraşıqlı və ya gözəl olmaq çox əhəmiyyətli deyil. Tez-tez bu haqda sual verilir. Əhəmiyyətli olan özünü necə hiss etdiyindir. Yaraşıqlı və gözəl olmaq çox nisbi bir anlayışdır. Bu mövzu haqqında necə söhbət edim bilmirəm. Yaraşıqlı olmağın həm üstün həm də üstün olmayan cəhətləri vardır. Mənə yaraşıqlı deyirlər, amma əlavə bir qazancını görmədim..."

Sizin Reklam Yeriniz