news Image
2013.04.18
16:58
| A A A
PSY-ın yeni klipi qadağan edildi

"Gangnam Style" ilə dünyanı yelləyən Cənubi Koreyalı müğənni PSY-ın maraqla gözlənilən yeni mahnısının klipi, ölkəsinin dövlət televiziyasında göstərilməyəcək. Movqe.Az-ın məlumatına görə, Cənubi Koreya dövlət kanalı "KBS", "Gentlemen" mahnısının klipində ictimaiyyətin malına zərər verildiyini göstərən çəkilişlərə yer verildiyini, PSY-ın yol nişanını təpikləyərək başladığı videonun ictimai yayım standartlarına uyğun gəlmədiyini bildirib. "KBS" səlahiyyətliləri, keçmişdə də bəzi kliplərin buna bənzər səbəblərlə yayınlanmadığını xatırladıb. Nəzərinizə çatdıraq ki, "Gangnam Style" ilə böyük maraq görən 35 yaşlı Cənubi Koreyalı müğənni PSY-ın keçən həftə çıxan yeni klipi 24 saat ərzində 20 milyon dəfə izlənilərək yeni bir rekord qırıb.