Əlaqə Arxiv
news Image
2013.04.19
20:00
| A A A
Milyard dollarlıq cütlük
Beyons və Cey-Zi musiqi dünyasının ilk milyarder cütlükləri seçilib.

ABŞ-lı müğənni Beyons və həyat yoldaşı Cey-Zi, musiqi tarixinin ilk milyarderləri olub. Cütlük Beyonsun dünya turu və iki məşhur reklam firmasının reklamlarında oynaması ilə sərvətlərini artırıb. Movqe.Az "International Business Times"ın xəbərinə istinadən bildirir ki, Beyonsun 'Mises Carter Show' adını verdiyi dünya turundan 116 milyon dollar qazanması gözlənilir. 31 yaşlı Beyons, bu günə qədər bir çox markanın üzü olub. "Dreamgirls", "Cadillac Records" və "The Fighting Temptations" filmlərində də rol alan Beyons dünya səviyyəsində 75 milyon satan albomlarıyla 17 dənə "Grammy" mükafatı qazanıb. Musiqi şirkəti, geyim markası, gecə klubu və "Brooklyn Nets" basketbol komandasında hissələri olan Cey-Zi, dünya səviyyəsində 50 milyon albom satıb. 2008-ci ildə evlənən cütlüyün Blu Ayvi adında bir qız uşaqları var. Xatırladaq ki, cütlük, 2012-ci ildə də "Forbes" tərəfindən "ən çox qazanan məşhur cütlük" siyahısına girmişdi.


Sizin Reklam Yeriniz