Əlaqə Arxiv
news Image
2018.10.29
11:13
| A A A
"Eləsi hələ anadan doğulmayıb" - Aygündən Namiqə atmaca

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Fəvvarələr meydanına gəzintiyə çıxıb. İfaçı bildirib ki, sonuncu dəfə orada 1988-ci ildə olub. Kazımova rubrikanın aparıcısı Ruslan Ağayevin 33 sualını cavablandırıb. Müğənni sevgilisindən danışıb, şəhərdə tanımadığı insanları öpüb. 

Aygün "Sevgililərinizdən birinin adını açıqlayın. Qaraçuxurda eviniz olsaydı, kimə verərdiniz? Pullarınızı harada saxlayırsınız" suallarına cavab verərkən meyxanaçı Namiq Qaraçuxurluya söz atıb:

"Hamının bildiyi sevgilimin adını açıqlayım, Namiq Qaraçuxurlu... Evi kiməsə hədiyyə edərdim. Pullarımı evdə seyfdə saxlayıram".

Bir müddət əvvəl N.Qaraçuxurlu Aygünlə duet oxumaqdan imtina etdiyini açıqlamışdı. Kazımova "Aygün Kazımova ilə oxumaqdan imtina edən müğənni olub" sualına "Hələ anadan doğulmayıb" cavabını verib.

Sizin Reklam Yeriniz