news Image
2013.04.22
10:53
| A A A
Həkimlər müğənniyə 3 ay vaxt verdi-Eksklüziv
Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun səhhəti pisləşib. Efirlərdən uzaq düşən sənətçi ürəyində problemlərinin olduğunu deyib. Mövqe.az-a açıqlamasında K. Məhəbbət hazırda müalicə olunduğunu dilə gətirib: "Ürəyimdə 2 damar üst-üstə birləşib. Damarlarım düz işləmir. Ürəyimdə yaranan fəsadlar ayaqlarıma da təsir edir. Müalicə üçün İrana getdim. Orada həkimlər söylədilər ki, 3 ay müalicə almalıyam. Əgər müalicələrin xeyri olmasa, əməliyyat olunacam".