Əlaqə Arxiv
news Image
2018.11.08
16:21
| A A A
"Qanınıza bulayacam sizi" - Mirkamil yenə paylaşımları ilə gündəmdə
Müğənni Mirkamil Kamilov yenə sosial şəbəkə paylaşımları ilə diqqət çəkib.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, son günlər açıqlamaları və paylaşımları ilə gündəmdən düşməyən sənətçi bu hədə hədə-qorxu gəlib. Mirkamil adını çəknədiyi insanlara səslənərək bunları yazıb:

"Buradan mesajım çatan yerlərə səslənirəm: maşınlarınızı alacam əlinizdən. Üstəlik hərənizdən bu günə qədər haramçılıqla qazandığınız pullardan çox yox 100 min alıb kimsəsizlər evinə verəcəyəm. Ürəyinizi partladıb öldürəcəm. Sözüm sözdür. Baxıcılarda yatanlar... Sizə bu dünyanı dar edim siz də baxın. Qanınıza bulayacam sizi. 

Arxanızda dayananları da tikə-tikə doğrayacam. Sözdür yazır, deyib keçməyin. Sizi ulu babalarınızın qəbrindəki qurdlara yedirdəcəm. Artıq sizinlə qanlıyam, kişiliyiniz çatırsa, səsimə səs verin. Sizi bu dünyaya gəlməyinizə peşman edəcəyəm. 

Gücsüz, zəif, çoban, savadsız, yetim gördünüz, ölməyimi istədiniz. Öldürməyən Allah öldürmür. Sizi Şamaxıda sürüyəcəyəm, küçədə maşının arxasına bağlayacağam. Sıranızı gözləyin. Məni alçaltdığınız üçün sizə hər şeyi haram edəcəyəm, həyatınızı, canınınızı alacağam".

Mirkamil daha sonra İranda onu ürəyindən əməliyyat edən həkimi hədələyib:

"Gücsüz, zəif, çoban, savadsız, yetim gördünüz, ölməyimi istədiniz. Öldürməyən Allah öldürmür. Sizi Şamaxıda sürüyəcəyəm, küçədə maşının arxasına bağlayacağam. Sıranızı gözləyin. Məni alçaltdığınız üçün sizə hər şeyi haram edəcəm.

2013-cü ildə əməliyyat olundum, mənə vurulan morfinlərə görə beş ilimi aldın. Problem deyil, ömrünü alacağam. Bu işdə əli olanlar, hər ilə görə 27 min hazırlayın. Beş il məni məzarda yaşatdınız. Mən sizi məzarda yaşadacağam.

Tehrandakı həkimimə səslənirəm, mənə 27 min dollar pul oxumuşdun, amma 10 min aldın. Niyə? Mənə əməliyyatda yeddi morfini niyə vurdun? 27 min dollarımı geri alım, sən də bax. Əks halda, səni Tehranın Mərkəzi Xəstəxanasının qarşısında güllələyəcəyəm. And içmişəm".

Sizin Reklam Yeriniz