Əlaqə Arxiv
news Image
2018.11.21
14:18
| A A A
İstanbulda əməliyyat olunan Vüsalə Əlizadə səhhətindən danışdı - FOTO

"Bu neçə gün ərzində məndən narahat olan soruşan, xəbər alan, dua edən hər kəsə sonsuz təşəkkür edirəm, var olun, daima əziz olun, Allah sizi, ailənizi, əzizlərinizi qorusun. Xoşbəxt insanam ki, məni sevən ailəm, əzizlərim, dünya malına dəyən balam, dəyərli dostlarım və ən əsası məni hər sınaqdan alnıaçıq üzüağ çıxaran Allahım var. Bu, hər kəsin başına gələ biləcək problemdir, əsas odur ki, Allahım bizi əlacı olmayan dərdlərlə sınağa çəkməsin".

Movqe.az publika-ya istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızı ilə fotosunu paylaşaraq özünü artıq yaxşı hiss etdiyini deyib:

"Hər zaman haqqımda xəbər yazılmasından qaçıram, media nümayəndələri gözəl bilir, bu xəbəri də sevimli rejissorum Həmid bəy ziyarətə gələndən sonra xəbərim olmadan paylaşıb ki, dostlar bilsin. Can ağrısı qədər ağır bir yük yoxdur həyatda, həyat bumeranqdır! Yenə də hər birinizə təşəkkürlər. Bu gün Vətənimdəyəm, inşallah, çox yaxşıyam şükürlər olsun".

Sizin Reklam Yeriniz