Əlaqə Arxiv
news Image
2013.04.24
11:57
| A A A
Türkiyəli seks simvol: “Həqiqətən, azərbaycanlı kişiyə ərə getmək istəyirəm”


Milli.Az xəbər verir ki, sabah İstanbula qayıdacaq türkiyəli seks simvol, müğənni Ebru Polad çox qısa zamanda yolunu yenə buralardan salacaq.

Əməkdaşımıza verdiyi eksklüziv açıqlamasında Ebru, bu istəyini belə şərh etdi: "Çox istedadlı bəstəkar-müğənni Nurlan Təhməzli ilə tanış oldum. Və belə razılığa gəldik ki, o, mənim üçün bir neçə mahnılar yazsın.

Sırf ona görə bir daha Azərbaycana qayıdacağam. Jurnalistlər israrla ailə həyatı qurmamağımla maraqlanırlar. Onlara içimdən gələn cavabım odur ki, həqiqətən, azərbaycanlı kişiyə ərə getmək istəyirəm. Amma bu, Nurlan olmayacaq, bizi bir-birimizə işimiz bağlayacaq".

Qeyd edək ki, Ebru Polad aprelin 25-də vətəninə qayıdacaq.

Sizin Reklam Yeriniz