Əlaqə Arxiv
news Image
2013.04.24
15:50
| A A A
190 avtomobildən ibarət kolleksiyası var

Amerikalı repçi Will.i.am, Los Anceles Beynəlxalq Hava limanından xüsusi istehsal olunan metalik mavi avtomobili ilə ayrılıb. Movqe.Az-ın məlumatına görə, 38 yaşındakı müğənni keçən fevralda istehsalı tamamlanan futuristik avtomobili üçün 900 min dollar ödəyib. Will.i.am, "West Coast Customs" tərəfindən hər parçası diqqətlə birləşdirilərək hazırlanan avtomobil də daxil olmaqla 190 ədədlik avtomobil kolleksiyasına sahibdir. 75 milyon dollarlıq sərvəti olan repçi, bu günə qədər 7 "Grammy" mükafatı qazanıb. Bundan əlavə, "Black Eyed Peas" qrupunun üzvü olan Will.i.am-in mars üçün bəstələdiyi "Reach for the Stars" adlı mahnısı, qırmızı kainatdakı "Curiosity" kəşf raketi tərəfindən yayımlanıb.





Sizin Reklam Yeriniz