news Image
2018.12.10
19:33
| A A A
Azərbaycanlı müğənni evlənir – Toy tarixi açıqlandı

Bir neçə il öncə nişanı qayıdan müğənni Vüqar Muradov subaylığın daşın atmaq niyyətindədir.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, dekabrın 17-də sevib seçdiyi xanımla nikah masasına oturacaq.

Özəl günü barədə çox danışmaq istəmədiyini deyən Vüqar əlavə edib ki, toyu mediaya qapalı olacaq: "Mediada xeyli dostlarım var. Amma dostluq ayrı, real həyat ayrı.

Toyumun mediada işıqlandırılmasını istəmirəm. Yəqin ki, bu istəyimi anlayarlar. Özəl günümə bütün sənət dostlarımı dəvət etmişəm”.

Qeyd edək ki, Vüqar Muradov 2016-cı ilin mart ayında nişanlanıb, elə həmin ilin iyul ayında da nişanlısından ayrılmışdı.