Əlaqə Arxiv
news Image
2018.12.18
19:35
| A A A
"Atam öləndə o sənətkarlar mənə zəng də etmədi" - Gülay
Müğənni Gülay Zeynallı "Hər şey daxil" verilişinin qonağı olub.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki,sənətçi atası dünyasını dəyişəndə onu yada salmayan sənət dostlarından danışıb. O bildirib ki, Göyçayda keçirilən məclisdə çoxları ona baş çəkməyib:

"Allah Heç kimə göstərməsin, çox pis gün idi. İnsan umur hamıdan. Xoş gündə heç kimdən ummursan, amma pis gündə gözün qapıda qalır. 

Çox ağır günümdə gəlmədilər. Elə sənətkarlar var ki, xeyrinə də, şərinə də yaramışam. Allahın bir zəngini də etmədilər. Bu günün sabahı da var. Həmin insanları sabah görəndə, salam da verməyəcəm. Mənim üçün ailəmdən öndə daha vacib nəsə yoxdur (kövrəlir). Onlara görə həyatımı məhv edib, hamını silərəm. İnsan gərək insan olmağı bacarsın. Mən elə insan deyildim axı.

Həmin insanlar heç kimin işinə yarayan deyillər. Çünki paxıldılar. Hər aşiqin öz dövranı var".

Sizin Reklam Yeriniz